Əraqçi Avropa İttifaqının diplomatiya rəhbəri Kaya Kallasla telefon danışığı zamanı bildirib ki, "Bu məsələ üzrə razılığa gəlmək tamamilə mümkündür, lakin qeyri-realist və məntiqsiz mövqelərdən qaçmaq lazımdır."
Qeyd edək ki, bundan əvvəl ABŞ prezidenti Donald Tramp NBC News-a müsahibəsində İranın nüvə proqramını tamamilə dayandırmasının vacib olduğunu bildirmişdi.
İran və ABŞ bu ilin 12, 19 və 26 aprel tarixlərində Tehranın nüvə proqramı ilə bağlı üç raund danışıqlar aparıb. Danışıqlarda Oman vasitəçi rolunu oynayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31