EN

Tanınmış maşınqayırma zavodu nizamnamə kapitalını kəskin azaltdı

"Bünyad Sərdarov adına Maşınqayırma Zavodu" MMC nizamnamə kapitalında növbəti dəfə kəskin azalmaya gedib.

Valyuta.az xəbər verir ki, müəssisə kapitalını 54 421 manat azaldaraq cəmi 10 manata endirdiyini açıqlayıb. Əvvəlki nizamnamə kapitalı isə 54 431 manat idi.

Qeyd edək ki, zavod bundan əvvəl də ciddi azalma ilə gündəmə gəlmişdi – nizamnamə kapitalını 16 milyon 61 min manatdan 7 milyon 98 min 702 manata endirmişdi. 

Daha sonra isə yenidən nizamnamə kapitalını 130 dəfədən çox azaldılaraq 7 milyon 98 min 702 manatdan 54 min 431 manata salınmışdı.

Xatırladaq ki, müəssisənin əsası 1926-cı ildə qoyulub və uzun müddət dövlət sənaye obyekti kimi fəaliyyət göstərib. 2001-ci ildə “Bünyad Sərdarov adına Maşınqayırma Zavodu” MMC adı ilə kommersiya qurumuna çevrilən zavod, 2022-ci ildə isə özəlləşdirilib. Qanuni təmsilçisi Ələkbərov Elnur Bəylər oğludur.

Maya Hüseynova

Chosen
0
valyuta.az

1Sources