EN

Dövlət Komitəsində Azərbaycan ədəbi dilinin düzgün tətbiqinə dair görüş keçirilib

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri filologiya elmləri doktoru, professor İlham Tahirov dövlət idarəçiliyində Azərbaycan ədəbi dilinin düzgün tətbiq olunması məqsədilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində keçirilən görüşdə çıxış edib.

Bu barədə TƏHSİL.BİZ -ə institutdan bildirilib. Dövlət Komitəsinin və tabeliyindəki qurumların əməkdaşlarının iştirak etdikləri görüşdə professor İlham Tahirov Azərbaycan dilinin saflığının qorunması istiqamətində qəbul edilən dövlət proqramlarının önəminə toxunub. O, dilimizin saflığının qorunmasının və özünəməxsus cəhətlərinə xələl yetirilmədən zənginləşdirilməsinin, eyni zamanda, dili yad ünsürlərdən qorumağın vacibliyi haqqında danışıb.

Görüşdə, həmçinin dilimizin normalarına uyğun olmayan anlayışlar və mövzu ilə əlaqədar digər praktiki məlumatlar verilib, fikir mübadiləsi aparılıb.

Chosen
0
1
tehsil.biz

2Sources