EN

Hansi Flik: “İnter” standart vəziyyətlərdə çox təhlükəlidir”

“Barselona”nın baş məşqçisi Hansi Flik UEFA Çempionlar Liqasının yarımfinalında “İnter”lə cavab oyunundan gözləntisini açıqlayıb.

Arena.az xatırladır ki, “blauqrana” Barselonadakı ilk oyunda 3:3 hesablı heç-heçə ilə kifayətlənməli olub.

“Hər iki komanda finala yüksəlmək istəyir. Bizim uyğunlaşmağımız vacibdir. “İnter” də fantastik oyunçulara malikdir, biz isə onları dayandırmalıyıq. “İnter” “Montjuik”də öz imkanlarından yararlandı. Onlar dəqiq oyun planına malikdirlər, sabah (artıq bu gün – redaktorun qeydi) isə bizə bütün boş məkanları bağlamaq gərəkdir. Hamı müdafiədə iştirak etməlidir. “İnter”in hücumda fantastik oyunçuları var, bizə, rəqibi dayandırmaq gərək olacaq. Oyunçularım nə qədər yaxşı olduqlarını göstərməlidirlər.

Biz, məşqçilər qərargahı təhlil aparmışıq. Bu oyunda biz xeyli yaxşı müdafiə olunmaq niyyətindəyik. Biz ilk oyunla müqayisədə nəyisə dəyişəcəyik. Öz qapımız qarşısında künc zərbələrindən çəkinmək? Bəli, bu, yaxşı fikir ola bilər. Biz bunu müzakirə etmişik, futbolçularım isə nə etmək gərək olduğunu bilirlər. “İnter” standart vəziyyətlərdə çox təhlükəlidir”, – “Hansi” Flik oyunöncəsi mətbuat toplantısında bildirib.

“İnter” – “Barselona” oyunu bu gün, mayın 6-da Milanın “Cüzeppe Meatsa” stadionunda keçiriləcək. Hakim oyunu Bakı vaxtı ilə saat 23:00-da başladacaq.

Chosen
0
arena.az

1Sources