Olaylar.az xəbər verir ki, bu barədə CNN müdafiə nazirinin imzaladığı sənədə istinadən məlumat yayıb.
Heqsetin fikrincə, yüksək rütbəli zabitlərin, lazımsız vəzifələrin sayının azaldılması silahlı qüvvələrin nizamlanması və təşkili məqsədilə artıq strukturun ləğvi istiqamətində zəruri addımdır:
"Bu baxımdan ABŞ Milli Qvardiyasında generalların sayı 20%, ordu və donanmada yüksək rütbəli zabitlərin ümumi sayı isə 10% azaldılmalıdır".
Nəşr vurğulayıb ki, hazırda ABŞ ordusunda dörd ulduzlu 37 general və admiral var:
"Bir ulduz və daha yüksək rütbəsi olanların sayı isə 900-ə yaxındır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31