EN

Elmi Şurada UNEC-in elmi nailiyyətləri və rəqəmsallaşmaya keçidlə bağlı hesabat açıqlanıb (FOTO)

Bakı. Trend:

UNEC-də Elmi Şuranın iclası keçirilib.

Elm və innovasiya məsələləri üzrə prorektor prof.Rövnəq Rzayev2024-cü ildə UNEC-də yerinə yetirilmiş elmi tədqiqat işləri və elmifəaliyyət haqqında təqdimatla çıxış edib. Bildirib ki, hesabatdövründə UNEC müəllimlərinin “Web of Science”də 663 elmi əsəri dərcedilib, məqalələrə istinad sayı isə 3349 olub.

Ölkə üzrə Web of Science-da dərc olunmuş məqalələrin 18,3 %-i,Scopusda dərc olunan məqalələrin isə 18,2 %-i məhz UNEC-in payınadüşür. 2024-cü ildə xarici ölkələrin alimləri ilə həmmüəlliflikgöstəricilərinin 2020-ci illə müqayisədə 13 dəfə artdığıbildirilib. Qeyd olunub ki, 2024-cü ildən akademik heyətin elmifəaliyyəti rəqəmsallaşdırılaraq, AVESİS sisteminin tətbiqinəbaşlanılıb.

İclasda "UNEC Journal of Engineering and Applied Sciences" elmijurnalının Scopus bazasında indekslənməsinin də mühüm elminailiyyətlərdən olduğu qeyd edilib.

Hesabatda Kitabxana İnformasiya Mərkəzinin uğurlu fəaliyyətgöstərdiyi, 2024-cü ildə EBSCO, Emerald, Scopus, ScienceDirect, Webof Science Core Collection kimi nüfuzlu elmi bazalara abunəolunduğu vurğulanıb. Eyni zamanda UNEC-in ölkədə RSCVDplatformasından istifadə edən ilk iki universitetdən biri olduğu,bununla da UNEC-in 5 milyona yaxın elektron resursa çıxış imkanıəldə etdiyi diqqətə çatdırılıb.

Sonra tədris üzrə prorektor dos. Gəray Musayevin təqdimatındaUNEC-də elektron-yazılı imtahan formasında təşkil ediləcək fənlər,UNEC Biznes Məktəbinin MBA Proqramı üzrə 2024/2025-ci tədris iliüçün hazırlanmış tədris planları, həmçinin Elmi-Metodiki ŞuranınƏsasnaməsi səsləndirilərək, şura üzvləri tərəfindəntəsdiqlənib.

Elmi Şurada “Karbohidrogenlərin istehsalı, daşınması və emalındaresursa qənaət edən texnologiyalar Elmi-Tədqiqat Mərkəzi”nin,“Marketinq, İstehlakçı Davranışı və Brendinq Tədqiqat Mərkəzi”nin,“Elmin Populyarlaşdırılması Mərkəzi”nin və “İqtisadi KlinikaTədqiqat Mərkəzi”nin əsasnamələri də səsverməyə çıxarılıb.

Xarici dil fənlərində "ÖsD", "TORFL" "TCF", və "Delf" və ya"Dalf" sertifikatlarınn tanınması qaydaları da Şuradatəsdiqlənib.

Elmi Şuranın sonunda bir qrup müəllimə dosent və professor elmiadının verilməsi ilə bağlı səsvermə keçirilib.

Elmi
Elmi
Elmi
Elmi
Elmi
Elmi
Chosen
0
10
az.trend.az

10Sources