EN

Bu ölkədə yeniyetmələrin sosial şəbəkəyə girişi qadağan edilə bilər

Bakı. Trend:

Yeni Zelandiya hökuməti parlamentə 16 yaşına çatmamış uşaq vəyeniyetmələrin sosial şəbəkələrə girişinin qadağan edilməsi iləbağlı qanun layihəsini çıxarıb.

Trend xariciKİV-lərə xəbər verir ki, bu haqda ölkənin baş naziri KristoferLakson bəyan edib.

“Biz öz uşaqlarımızı sosial şəbəkələrin zərərli təsirlərindənqorumaq istəyirik. Məhz bunun üçün bu gün 16 yaşdan aşağı uşaqlarınsosial şəbəkədən istifadəsinin qadağan edilməsi haqda qanunlayihəsi təqdim etmişik”, - Lakson “X” səhifəsindəki paylaşımındabildirib.

Parlamentə təqdim olunmuş sənədlərə əsasən, qanun layihəsininəsas məqsədi həddi buluğa çatmamış vətəndaşların bulinqdən, qadağanolunmuş məzmundan və sosial şəbəkə alüdəçiliyindən qorumaqdır.

Chosen
0
az.trend.az

1Sources