EN

NBA: “Nyu-York Niks” və “Denver Naqqets” seriyada önə keçiblər

Bakı, 6 may, AZƏRTAC

Milli Basketbol Assosiasiyasında (NBA) 1/4 final mərhələsinin növbəti oyunları keçirilib.

AZƏRTAC xəbər verir ki, “Nyu-York Niks” və “Denver Naqqets” səfərdə rəqiblərinə qalib gələrək seriyada 1:0 hesabı ilə önə keçiblər.

Nyu-York təmsilçisi “Boston Seltiks”i əlavə vaxtda 105:108, Denver klubu isə “Oklahoma-Siti Tander”i 121:119 hesabı ilə üstələyib.

Komandalar arasında ikinci matçlar mayın 8-də təşkil olunacaq.

 

Chosen
0
1
azertag.az

2Sources