“Trendyol Super Liqası”nın 34-cü həftəsində doğma meydanda “Beşiktaş”la qarşılaşan “Fənərbaxça” əzəli rəqibinə 1:0 hesabı ilə uduzub.

İndex.az xəbər verir ki, oyun zamanı “Beşiktaş”ın futbolçusu Gedson Fernandesin gözlərinə lazer tuşlayan tamaşaçı saxlanılıb.

İstanbul İdman Təhlükəsizlik Müdirliyi qrupları, Ülker Stadionunda oynanılan matçın 36-cı dəqiqəsində “Beşiktaş”ın qazandığı penalti zərbəsini yerinə yetirmək niyyətində olan Gedson Fernandesin gözünə lazer şüası tuşlayan tamaşaçını müəyyən etmək üçün iş aparıb.

İstintaq zamanı stadionun şimal tribunasından bir nəfərin əlində lazer tutduğunu müəyyən edən qruplar şəxsiyyətini müəyyən etdikləri B.Y.-ni saxlayıb.