Bakıda minik avtomobili "KamAz" markalı yük avtomobili ilə toqquşub.
Hadisə mayın 3-də Qaradağ rayon ərazisində qeydə alınıb.
1989-cu il təvəllüdlü İsmayılov Elçin Rasif oğlunun idarə etdiyi “Toyota Pirus” markalı avtomobil ilə 1990-cı il təvəllüdlü Kəlpəliyev Anar Həmidağa oğlunun idarə etdiyi “Kamaz” markalı yük avtomobilinin toqquşub.
Nəticədə “Toyota Prius” markalı avtomobilin sürücüsü 1989-cu il təvəllüdlü E.İsmayılov və həmin maşınında olan sərnişinlər 1990-cı il təvəllüdlü Mirzəyeva Mehriban Saday qızı, 1994-cü il təvəllüdlü Dəmirqayayev Coşqun İlham oğlu, 2005-ci il təvəllüdlü Süleymanov Zaur Sərxan oğlu, 1986-cı il təvəllüdlü Əliyev Xaliq Əhsən oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Həkimlərin səyinə baxmayaraq C.Dəmirqayayev ötən gün müalicə olunduğu xəstəxanada ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.