EN

Azərbaycan bizim üçün xüsusi əhəmiyyətə malikdir - İranlı nazir müavini

Azərbaycan bizim üçün xüsusi əhəmiyyətə malikdir. İki ölkəni bir-birinə bağlayan əlaqələr və ortaq hisslər mövcuddur.

Olaylar.az xəbər verir ki, bu fikirləri İran Xarici İşlər Nazirliyinin Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzinin (IPIS) rəhbəri, nazir müavini Səid Xətibzadə bu gün "Regional proseslər kontekstində Azərbaycan-İran münasibətləri" mövzusunda keçirilən müzakirələr zamanı səsləndirib.

O deyib ki, son günlər Azərbaycan və İran arasında münasibətlərdə yeni bir mərhələ başlayıb. Bu mərhələnin əsas səbəbi isə İran Prezidentinin Azərbaycana səfəri olub.

"İran və Azərbaycan xalqları arasında süni maneələr aradan qaldırılmalı, əlaqələr daha yüksək səviyyəyə çatdırılmalıdır", - deyə Səid Xətibzadə vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
0
3
olaylar.az

5Sources