"Mənə elə gəlirdi ki, Xavi mənə güvənmir".

Offsideplus.az xəbər verir ki, bunu "Barselona"nın futbolçusu Rafinya katalon klubunun sabiq baş məşqçisi Xavi barədə deyib. O, bunları da əlavə edib:

"Məni həmişə 60 dəqiqə oynadırdı. Mən hər şeyimi verirdim, yenə də oyundan çıxırdım. Vəziyyəti düzəltmək üçün onunla danışmağa çalışdım, amma heç nə dəyişmədi.

Onun özünəməxsus düşüncə tərzi var idi".

Rafinya cari mövsüm karyerasının ən yaxşı sezonunu keçirir. O, "Qızıl top"u qazanmağa əsas namizədlərdən biridir.