EN

Səid Xətibzadə: Bölgədə Azərbaycan və İran qədər bir-birinə yaxın ölkə yoxdur

O bildirib ki, bölgədə geosiyasi və iqtisadi vəziyyət bir sıra dəyişikliklərə uğrayıb.

Bu bölgədə heç bir ölkə xalqlararası birgə maraqlar baxımından İran və Azərbaycan qədər bir-birinə yaxın deyil.

Operativ Media xəbər verir ki, bu fikirləri İran Xarici İşlər Nazirliyinin Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzinin (IPIS) rəhbəri, nazir müavini Səid Xətibzadə “Regional proseslər kontekstində Azərbaycan-İran münasibətləri” mövzusunda keçirilən müzakirələr zamanı səsləndirib.

O bildirib ki, bölgədə geosiyasi və iqtisadi vəziyyət bir sıra dəyişikliklərə uğrayıb. Buna görə də Azərbaycan və İran arasında münasibətlərin bu dəyişikliklərə uyğun şəkildə inkişaf etdirilməsi vacibdir.

1Sources