EN

Avropanın ən böyük bazarı yanır – FOTO/VİDEO

Rusiyanın pilotsuz təyyarəsinin endirdiyi zərbədən sonra Xarkov şəhərinin Kiyevski rayonunda bazar yanıb.
 
Bu barədə Xarkov meri İqor Terexov məlumat yayıb.
 
 
“Şəhərin ən böyük bazarlarından birində baş verən yanğın düşmənin pilotsuz uçan aparatının son zərbəsindən sonra qeydə alınıb”, - deyə o yazıb.
 
Rusiya PUA-sının Barabaşovo bazarına düşdüyü məlum olub. Bu bazar Ukrayna və Avropanın ən böyük bazarlarından biridir.
 
Yanğın ticarət sahələrini bürüyüb, göyə qalxan tüstü Xarkovun müxtəlif ərazilərində görünüb.
 
 
Dövlət Fövqəladə Hallar Xidmətindən verilən məlumata görə, yanğın 500 kvadratmetr ərazini əhatə edib. Nəticədə, 90-a yaxın ticarət obyektinə ziyan dəyib, 20-si yanıb.
 
“AVEK və CO” Konserninin vitse-prezidenti Aleksandr Makarenko Kanal 24-ə açıqlamasında bildirib ki, düşmənin zərbəsi nəticəsində Barabaşovo ticarət mərkəzinin sektorlarından birinə ciddi ziyan dəyib.
 
 
"90-a yaxın pərakəndə pavilyon tamamilə dağıdılıb, daha yüzə yaxın pavilyon isə zədələnib. Hazırda ərazidə işlər davam etdirilir - onlar dəymiş ziyanı qiymətləndirir, dağıntıları təmizləyir, təhlükəsizlik tədbirləri görürlər. Zərər çəkmiş bütün sahibkarlar yeni ticarət obyektlərinə köçürüləcək", - məlumatda deyilir.
 
 
 
Qeyd edək ki, Ukraynanın bu sənaye və geyim bazarı 75 hektardan çox əraziyə malikdir və dünyanın ən böyük bazarlarının reytinqində 14-cü yerdədir. Bazardakı pərakəndə satış və saxlama yerlərinin ümumi sayı təxminən 18 000-dir.
 

 

Chosen
0
2
moderator.az

3Sources