EN

“İran barmağı”: Rəsmi Bakı İsrailə neft satmaqdan imtina edir?

Tehran və Bakı arasında münasibətlərin yaxşılaşması fonunda İran Azərbaycan neftinin idxalı imkanlarını araşdırır.

Yenisabah.az "Neft i Kapital"a istinal xəbər verir ki, rəsmi Tehran bu həcmləri Təbrizdə emal etmək üçün Azərbaycandan sutkada 110 min barel neft almaq istəyir. Bu, Tehran üçün sərfəlidir, çünki həmin halda ölkənin cənubundan zavoda neftin tədarükü xərclərini azaldacaq.

Sözügedən tədarüklər Bakıya İsrailə neft ixracından imtina etməyə kömək edəcək. Hazırda Azərbaycan ixrac həcminin 20%-ini İsrail şirkətlərinə göndərir.

İranın əsas karbohidrogen hasilatı Fars körfəzi yaxınlığında cəmləşib. Təbriz ölkənin şimalında, Azərbaycanla sərhəddə yerləşir. Odur ki, Azərbaycandan neft idxal etmə sərfəli ola bilər.

Eyni zamanda, Bakı İsrailə neft tədarükündən imtina etmək niyyətini açıqlamayıb. 2024-cü ildə bu tədarüklər davamlı olaraq artıb. Ötən ilin ilk 6 ayında ölkə şirkətləri Azərbaycandan illik 55% artımla 1,583 milyon ton qara qızıl alıb.

"Azərbaycan İranla ümumi sərhədi bölüşdüyü üçün onunla münasibətləri yaxşılaşdırmalıdır. Üstəlik, Tehran bundan əvvəl açıq şəkildə bəyan edib ki, böyük bir münaqişə baş verəcəyi təqdirdə Azərbaycan yataqları İran raketlərinin hücumuna məruz qala bilər", - deyə "Neft i Kapital"ın şərhində qeyd olunub.


Telegram kanalımız
Chosen
0
1
yenisabah.az

2Sources