EN

Türkiyədə qəzaya uğrayan avtomobillər piyadalara çırpılıb, yaralananlar var

Türkiyənin Gümüşhane şəhərində gecə saatlarında baş verən yol qəzasında toqquşan iki avtomobil piyadalara çırpılıb. Hadisə nəticəsində 11 nəfər xəsarət alıb.

Bu barədə 7News.Az yerli mətbuata istinadən xəbər verir.

Məlumata görə, qəza nəticəsində idarəetmədən çıxan nəqliyyat vasitələri də yol kənarındakı insanlara çırpılıb.

Hadisə yerinə təcili yardım, polis, jandarm və xilasedcilər cəlb edilib. Yaralılar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.
 
 

Chosen
0
1
7news.az

2Sources