EN

Ukrayna münaqişə qarşısında tək qalacaq? AÇIQLAMA

ain.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

ABŞ  bundan sonra Rusiya ilə Ukrayna arasında vasitəçi rolunu yerinə yetirməyəcək. Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Temmi Bryus jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib. “Biz vasitəçi olmayacağıq. Görüşləri idarə etmək üçün dünyanın o biri başına ildırım sürəti ilə uçmaq niyyətində deyilik,” – deyə Bryus vurğulayıb. O əlavə edib ki, bu mərhələdə danışıqlar prosesi birbaşa tərəflər – Rusiya və Ukrayna arasında aparılmalıdır.Bunu politoloq Turab Rzayev Demokrat.az-a açıqlamasında deyib.O əlavə edib ki, ABŞ hazırda həm Rusiya, həm də Ukrayna üzərində müəyyən təzyiq və şantaj siyasəti həyata keçirir:“Vaşinqtonun əsas mesajı ondan ibarətdir ki, tərəflər sülh prosesinə yaxınlaşmalı və ya heç olmasa atəşkəs sazişi imzalamalıdırlar. ABŞ bu tələbləri həm Rusiya, həm də Ukrayna tərəfinə ünvanlayıb. Lakin hazırkı vəziyyət göstərir ki, hər iki tərəf bu öhdəliklərdən yayınmağa çalışır. ABŞ isə bu halda müxtəlif təzyiq alətlərindən istifadə etməyə çalışır. Rusiya tərəfinə qarşı daha sərt sanksiyalar tətbiq edilə biləcəyi xəbərdarlığı edilir. Eyni zamanda Ukraynaya yeni silahların tədarükü ilə bağlı təzyiqlər artırıla bilər. Digər tərəfdən, ABŞ Ukraynaya göndərilən maliyyə və hərbi yardımı dayandırmaqla da təzyiq göstərməyə çalışır. Bu cür ssenari reallaşarsa, Ukrayna beynəlxalq dəstəkdən məhrum qala və münaqişə qarşısında tək qala bilər”.Leyla Turan

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
0
1
icma.az

2Sources