EN

Malta Vicdan gəmisinin taleyi ilə bağlı qərar vermir

BAKI, TurkicWorld

Qəzza mühasirəsini aşmaq və bölgəyə humanitar yardım çatdırmaq məqsədilə yola çıxan və Azadlıq Donanması Koalisiyasına (FFC) aid olan “Vicdan gəmisi” hücuma məruz qalıb, təmir üçün yardım gözləyir.

TurkicWorld xəbər verir ki, Malta sahillərində İsrail pilotsuz təyyarəsinin hücumuna məruz qalan “Vicdan gəmisi” ciddi ziyan gördükdən sonra hərəkətsiz vəziyyətdə qalaraq təmir üçün beynəlxalq dəstək gözləyir.

“Vicdan gəmisi” mayın 2-nə keçən gecə hücuma məruz qalıb. Sərnişinlərdən biri olan İsmayıl Songür hücum zamanı gəmiyə bomba atıldığını, yanğının 4 saat davam etdiyini və gəminin suya batmasından qorxduqlarını bildirib. Hazırda gəmidə 11 Türkiyə vətəndaşı – 5 ekipaj üzvü və 6 sərnişin var.

“Malta hökumətindən dəstək istədik, amma hələ də konkret cavab ala bilməmişik.” - deyə Songür qeyd edib ki, gəmi hərəkət edə bilmədiyindən təcili olaraq təmir üçün yaxın tərsanəyə aparılmalıdır.

Qeyd edək ki, “Vicdan gəmisi”nin əsas məqsədi Misirin Əl Ariş limanında toplanan minlərlə humanitar yardım maşınına diqqət çəkmək və Qəzzaya yardımın qarşısını alan blokadaya qarşı beynəlxalq cəmiyyətin səssizliyini pozmaqdır. Songür bildirib ki, bu blokada yalnız Qəzzanı deyil, bəşəriyyəti boğur.

Songür əlavə edib ki, “Vicdan gəmisi” 12 ölkənin birgə təşəbbüsü ilə fəaliyyət göstərir və bu aksiyanın davamı da olacaq.

Chosen
0
turkic.world

1Sources