İran- ABŞ danışıqlarının növbəti raundu ləğv edildi.
Sitat.info xəbər verir ki, bu barədə “Fox News” telekanalı məlumat yayıb. Kanalın müxbiri bildirib ki, Tehran-Vaşinqton danışıqlarının dördüncü raundu bu həftəsonu da keçirilməyəcək.
ABŞ Dövlət Departamentinin sözçüsü danışıqların ləğvinə cavab olaraq deyib: “İran nüvə proqramının tamamilə ləğvi ilə bağlı Trampın mövqeyini qəbul etməyə məcbur olacaq”.
Aytac,
Sitat.info