EN

Duda əmindir: Tramp Putini buna məcbur edə bilər

Polşa prezidenti Anjey Duda amerikalı həmkarı Donald Trampı müharibəyə son qoymaq üçün Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə çağırıb.

Publika.az xəbər verir ki, o, bu barədə "Politico"ya danışıb.

Dudanın sözlərinə görə, Tramp Kreml lideri Vladimir Putini danışıqlar masasına oturmağa məcbur edə bilən yeganə şəxsdir.

"Amerika Rusiyanı müəyyən hərəkətlərə sadiq qalmağa məcbur etmək üçün müxtəlif iqtisadi alətlərdən istifadə edə bilər. Deməli, kimsə Vladimir Putini sülh bağlamağa məcbur edə bilirsə, bu Amerikadır, ABŞ prezidentidir", - Polşa prezidenti deyib.

Duda bildirib ki, Tramp Putinlə son söhbətlərindən sonra “reallığı dərk edib” və Putinin fundamental maraqlarını əngəlləmək üçün lazımi vasitələrə malikdir.

"O, mövqeyinin nə olduğunu və müharibəni bitirmək üçün ciddi danışıqlara başlamağa nə dərəcədə hazır olduğunu görür", - Polşa prezidenti deyib.

Chosen
0
publika.az

1Sources