EN

Rusiya Ukraynadan sonra bu ölkəyə hücum edəcək: Sərhəd minalanır

Litvanın Müdafiə Nazirliyi böyük müdafiə təşəbbüsü elan edib: ölkə növbəti onillikdə Rusiya və Belarusla şərq sərhədini möhkəmləndirmək üçün 1,1 milyard avro xərcləyəcək.

Publika.az xəbər verir ki, bu məbləğin əsas hissəsi - təxminən 800 milyon avro - tank əleyhinə minaların alınmasına və quraşdırılmasına xərclənəcək. Nazirlik bu cür tədbirləri Rusiyadan, xüsusən də Ukraynaya qarşı müharibədə uğur qazanacağı təqdirdə mümkün təhlükə ilə bağlı narahatlıqların artması ilə izah edir. Rusiyanın Kalininqrad vilayəti və Belarusun şimal-qərbi ilə həmsərhəd olan Litva Baltikyanı ölkələrin növbəti hədəfə çevrilə biləcəyi ssenarisini istisna etmir.

Nazirlik gələcək sərmayələrin potensial təcavüzün qarşısını almaq və yavaşlatmaq məqsədi daşıdığını bildirib. Mina sahələrinə əlavə olaraq, “Baltik müdafiə xətti” sisteminin – regional möhkəmləndirilmiş xəttin fəal şəkildə inkişaf etdirilməsi planlaşdırılır. Tədbirlər paketinə həmçinin tank əleyhinə silah ehtiyatlarının artırılması, elektron müharibə və əks-dron, erkən xəbərdarlıq sistemlərinin təkmilləşdirilməsi daxildir.

Chosen
0
1
publika.az

4Sources