ain.az, Oxumeni.az portalına istinadən məlumatı açıqlayır.
ABŞ Təhsil Departamenti Harvard Universitetinə qrantların dayandırılması barədə məlumat verib
ABŞ Təhsil Departamenti Harvard Universitetinin administrasiyasına artıq universitetə federal tədqiqat qrantları ayırmayacağı barədə məlumat verib. Bu barədə Oxuməni.az “CBS News”a istinadla xəbər verir.
Bunun “universitetin fəlakətli şəkildə səmərəsiz idarə edilməsi” və “federal qanunların sistematik şəkildə pozulması” ilə əlaqəli olduğu vurğulanır.
Resursun məlumatına görə, ABŞ-ın təhsil naziri Linda Makmeon universitetin prezidenti Alan Qarberə ünvanladığı məktubda təhsil müəssisəsinin antisemitizm və ayrı-seçkiliyə məhəl qoymadığını bildirib.
Xatırladaq ki, aprelin 15-də Amerika lideri Donald Tramp Harvard Universitetinə siyasi təşkilat kimi baxmağı təklif etmişdi. Təhsil Nazirliyi ölkənin ən qədim universiteti üçün 2,2 milyard dollarlıq qrantların və 60 milyon dollarlıq uzunmüddətli müqavilələrin dondurulduğunu açıqlayıb.
Öz növbəsində aprelin 22-də Harvard Universiteti Trampın büdcə ixtisarına qarşı iddia qaldırıb.
Almaz Həsənli
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.