EN

Elektron reseptin ənənəvi reseptdən fərqi və üstünlüyü nələrdir?

Bakı. Trend:

Elektron resept sistemi səhiyyə xidmətlərinin keyfiyyətininartırılması, idarəetmənin təkmilləşdirilməsi və pasiyenttəhlükəsizliyinin təmin olunması baxımından mühüm rol oynayaninnovativ bir yanaşmadır”.

Trendxəbər verir ki, bu fikirləri 93 FM dalğasında yayımlanan “Sağlamradio”da Rəqəmsal Səhiyyə Mərkəzinin mütəxəssisi Sevinc Məhərrəmovaaçıqlayıb.

Onun sözlərinə görə, elektron reseptlərin real vaxt rejimindəsistemə daxil edilməsi, onların dərhal apteklər tərəfindən əldəolunmasına imkan yaradır:

“Bu, reseptlərin hazırlanması və istifadəsi prosesinisürətləndirir, həm həkim, həm də pasiyent üçün əlavə rahatlıq təminedir. Ənənəvi reseptlərdə rast gəlinən oxunmazlıq və anlaşılmazlıqelektron reseptlərdə aradan qaldırılır. Sistem vasitəsilə dərmanvasitələrinin molekulyar tərkibi göründüyü üçün qarşılıqlıtəsirləri, doza uyğunsuzluğu və allergik risklər əvvəlcədən təhliledilə bilər ki, bu da pasiyent təhlükəsizliyini artırır və müalicəkeyfiyyətini yüksəldir.
Elektron resept sistemi pasiyentin dərman istifadəsi tarixçəsininmərkəzləşdirilmiş şəkildə saxlanmasına imkan yaradır. Həkimlər buməlumatlara əsaslanaraq daha düzgün müalicə planı hazırlaya bilir,eyni zamanda təkrar reseptlərin verilməsi də sadələşir”.

S.Məhərrəmova bildirib ki, elektron reseptlərin sistem üzərindənizlənilməsi saxtakarlıq hallarının qarşısını alır:

“Reseptlər yalnız səlahiyyətli həkimlər tərəfindən verilir vəonların hərəkətləri sistemdə qeyd olunur, bu isə şəffaflığın vəməsuliyyətin artırılmasına xidmət edir. Elektron Resept Sistemindədərman vasitələrinin qəbul vaxtı və doza həddinin təqvimə daxiledilməsi vasitəsilə pasiyentə xatırladılması mümkündür. Kağızsənədləşməsinin aradan qaldırılması həm səhiyyə müəssisələrinininzibati yükünü azaldır, həm də ətraf mühitin mühafizəsinə müsbəttəsir göstərir. Elektron sistemlərin tətbiqi ümumilikdəresurslardan daha səmərəli istifadəni təmin edir”.

Mütəxəssis sonda qeyd edib ki, elektron resept sistemi müasirsəhiyyənin rəqəmsallaşması istiqamətində mühüm addım olmaqla,vətəndaşlara göstərilən tibbi xidmətlərin keyfiyyətinin vəeffektivliyinin yüksəldilməsinə əhəmiyyətli dərəcədə töhfəverir.

Məqalədə:
Chosen
0
3
az.trend.az

4Sources