EN

Tıxac olan yolların SİYAHISI

Bakının bir sıra yollarında tıxac müşahidə edilir.

 

7Times.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

 

Hazırda:

 

1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində;

 

2. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;

 

3. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən “20 Yanvar” metrostansiyası istiqamətində;

 

4. Tbilisi prospekti, “20 Yanvar” metrostansiyasından mərkəz istiqamətində;

 

5. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

 

6. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metrostansiyası istiqamətində;

 

7. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;

 

8. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

 

9. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;

 

10. Niyazi küçəsi, “Azneft” dairəsi istiqamətində;

 

11. Binəqədi şosesi, “Azadlıq prospekti” metro stansiyası istiqamətində;

 

12. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

 

13. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən Ak. Həsən Əliyev küçəsi istiqamətində;

 

14. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;

 

15. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən “Dədə Qorqud” parkı istiqamətində sıxlıq müşahidə olunur.

Chosen
0
49
7times.az

10Sources