EN

NATO-nun “Siil 2025” təlimləri zamanı Rusiya ilə sərhəddə hərbi fəaliyyətartır

5 may 2025-ci ildə Estoniyada başlayan NATO-nun “Siil 2025” (Kirpi 2025) adlanan genişmiqyaslı hərbi təlimləri zamanı alyans qüvvələrinin Rusiya ilə sərhəd zonasında müxtəlif hərbi ssenariləri sınaqdan keçirdiyi bildirilir.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

BMT baş katibinin keçmiş müavini Sergey Orconikidze təlimlərlə bağlı açıqlamasında bildirib ki, Estoniya NATO-nun Rusiya sərhədinə yaxın bölgələrdə hərbi manevrlər üçün baza rolunu oynayır. Onun sözlərinə görə, bu cür fəaliyyətlər Kalininqrad vilayətini də əhatə edə bilər.

Hərbi ekspert Yuri Lyamin isə qeyd edib ki, təlimlər zamanı NATO hərbçiləri Ukrayna Silahlı Qüvvələrinin dronlardan istifadə təcrübəsini öyrənmək və bölüşmək imkanına malik olacaqlar. “Son illər pilotsuz uçuş aparatlarının həm ön cəbhədə, həm də arxa mövqelərdə istifadəsi əhəmiyyətli dərəcədə artıb. Ukrayna bu sahədəki praktiki biliklərini NATO ölkələri ilə bölüşə bilər,” – deyə o bildirib.

Aytəkin TOFİQQIZI

Chosen
0
1
redaktor.az

2Sources