EN

“Qarabağ”ın potensial rəqiblərinin sayı artdı

“Qarabağ”ın UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində potensial rəqiblərinin sayı artıb.

"Cebheinfo.az" xəbər verir ki, Ağdam təmsilçisinin mümkün rəqibləri sırasına daha bir neçə ölkənin çempionu qoşulub.

Belə ki, Qurban Qurbanovun yetirmələri püşk zamanı Malta, Şimali Makedoniya və ya Albaniya çempionatının qalibinə rəqib ola bilərlər. Sadəcə, həmin ölkələrdə mövsümü hansı komandanın qızıl medallarla bitirəcəyi hələ məlum deyil.

Qeyd edək ki, Çempionlar Liqasında I təsnifat mərhələsinin püşkü iyunun 17-də atılacaq. Raundun ilk oyunları iyulun 8-9-da, cavab matçları isə 15-16-da keçiriləcək.

Səpələnməmişlər:

Qeyri-müəyyənlər:

"Cebheinfo.az" 

Chosen
0
3
cebheinfo.az

8Sources