Şəmkirdə gənc oğlan intihar edib.
Tribunainfo.az “Unikal”a istinadən məlumat verir ki, hadisə rayonun Çinarlı qəsəbəsində meşəlik ərazidə qeydə alınıb. Qəsəbə sakini, 2006-cı il təvəllüdlü Nəriman Məmmədov meşəlik ərazidə ağacdan özünü asıb. Onun meyiti asılmış vəziyyətdə tapılıb.
Qeyd edək ki İ.Məmmədov Azərbaycan Dövlət Aqrar Universitetinin 2-ci kurs tələbəsi olub.
İntiharın səbəbi məlum deyil, aidiyyati qurumlar tərəfindən araşdırılır.