EN

Yelo Bank yay təcrübə proqramına start verir!

Bakı. Trend:

Parlaq bankçılıqda karyera qurmaq istəyən tələbə və yeni məzunolmuş gənclər üçün əla fürsət! Yelo Bank nəhayət ki, çox gözlənilən"Summer Challenge 2025" təcrübə proqramına qeydiyyatı açıq elanedir.

İştirakçılar, müasir Agile metodologiyasının tətbiq edildiyikorporativ mühitdə yeni biliklər və bacarıqlar əldə etməklə yanaşı,proqramı uğurla başa vurduqdan sonra Yelo Bank-da iş imkanı əldəedə biləcəklər. Təcrübə müddəti ərzində iştirakçılar aşağıdakıkeyfiyyətlərə görə dəyərləndiriləcəklər:

  • Təşəbbüskarlıq və öyrənməyə həvəs;
  • Pozitiv və kreativ düşüncə;
  • Nəticəyönümlü yanaşma;
  • Komandada işləmək bacarığı.

Təcrübəçilər sahib olduqları keyfiyyət və bacarıqlara uyğunolaraq yay aylarında İnsan Resursları, Satış, Maliyyə vəmühasibatlıq, Proqramlaşdırma, İnformasiya Texnologiyaları, Brendinİdarəedilməsi və Bankın xidmət şəbəkəsində təcrübə keçəcəklər.

Müraciət etmək istəyənlər 20 may 2025-ci il tarixinədək, “Nəyəgörə mən və niyə məhz Yelo?” mövzulu motivasiya videolarını çəkib,videonu yükləyərək qeydiyyatdan keçməlidir. Qeyd edək ki, videonunxornometrajı 60 san-2 dəq aralığında olmalıdır. Seçim zamanıtexniki tapşırığa yaradıcı yanaşma sərgiləmiş namizədlərə üstünlükveriləcək. Odur ki, müraciət etməyə tələsin! Yayınızı parlaq vəsəmərəli keçirmək, üstəlik Yelo-da karyera qurmaq üçün SummerChallenge təcrübə proqramına qoşulun. Qeydiyyat üçün: http://tinyurl.com/24vhbfw4.

Bank xidmətləri (www.yelo.az)haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və yaFacebook, Instagram , Whatsappyelo.az hesablarımızı ziyarət edin.

Yelo Bank – Parlaq bankçılıq!

Chosen
0
14
az.trend.az

10Sources