EN

Şəmkirdə tələbə meşədə özünü asdı

Şəmkirdə intihar hadisəsi baş verib. 

Missiya.Az Oxu.Az-a istinadən xəbər verir ki, rayonun Çinarlı qəsəbə sakini, 19 yaşlı (2006-cı il təvəllüdlü) Nəriman Məmmədov meşəlik ərazidə ağacdan özünü asıb. 

Məlumata görə, intihar edən şəxs tələbə olub. O, Azərbaycan Dövlət Aqrar Universitetinin 2-ci kursunda təhsil alırmış. N.Məmmədovun hansı səbəbdən intihar etdiyi hələlik məlum deyil. 

Hadisə ilə bağlı araşdırma başlanılıb.

Chosen
0
1
missiya.az

2Sources