EN

BEGOC Biznes Mərkəzində qanvermə aksiyası keçirilib

Qafqazinfo saytından alınan məlumata görə, ain.az bildirir.

BEGOC Biznes Mərkəzində talassemiyadan əziyyət çəkən uşaqlar üçün qanvermə aksiyası keçirilib.

FMG şirkətinin təşkilatçılığı və təşəbbüsü ilə növbəti sosial layihələrdən biri kimi talassemiyadan əziyyət çəkən uşaqlara köməklik göstərmək məqsədilə qanvermə aksiyası keçirilib. “Qan ver, sevindir!” devizi altında keçirilən aksiyada FMG əməkdaşları fəal iştirak ediblər.

Səhər saatlarından başlayan aksiyada həkim-hemotoloqlar tərəfindən donorların sağlamlıq vəziyyəti yoxlanıldıqdan sonra onlardan qaydalara uyğun olaraq qan nümunələri götürülüb. Toplanan qan nümunələri müvafiq laborator analizlər aparıldıqdan sonra qan xəstəliklərindən əziyyət çəkən uşaqların müalicəsində istifadə olunacaq.

Qeyd edək ki, Facility Management Group əmlak bazarında səkkiz ildir fəaliyyət göstərir. Ofis və yaşayış binaları, biznes və ticarət mərkəzləri və digər müxtəlif təyinatlı daşınmaz əmlakın idarə edilməsini həyata keçirən ölkənin aparıcı şirkətlərindən biridir.

https://www.facebook.com/fmg.azerbaijan/

https://www.instagram.com/fmg.az/

https://www.linkedin.com/company/fmgazerbaijan

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
0
2
icma.az

3Sources