Ermənistanın Baş naziri Nikol Paşinyan qatı ermənipərəstlərdən sayılan Marsel şəhərinin meri Benua Payantla İrəvanda görüş keçirib. Erməni mediasının Baş nazir aparatına istinadən yaydığı xəbərdə deyilir ki, N. Paşinyan Marsel merinin Ermənistana səfərini alqışlayıb və Fransa ilə multidissiplinar əlaqələrin "inkişaf etdirilməsinin" vacibliyini vurğulayıb.
Marsel şəhərinin meri Ermənistana İrəvanla əməkdaşlığı "dərinləşdirmək" üçün gəldiyini qeyd edib. Xatırladaq ki, B.Payant daima erməni diasporunun tədbirlərində fəallığı ilə "seçilən" şəxslərdən sayılır.
Mətləb