Bakı. Trend:
1 may 2025-ci il tarixindən ölkə ərazisindəki bütün suhövzələrində balıq ovuna tətbiq edilmiş moratoriumla əlaqədarqanunsuz balıq ovunun qarşısının alınması, balıq və digər subioresurslarının ovunda istifadə olunan qanunsuz ov alətlərinin suhövzələrindən yığışdırılması məqsədilə növbəti nəzarət tədbirlərikeçirilib.
Trendxəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətiməlumat yayıb.
Bildirilib ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və SuNəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilənnəzarət tədbirləri zamanı Xəzər dənizinin Bakı və Sumqayıtşəhərləri, Lənkəran, Xaçmaz, Şabran və Siyəzən rayonlarıakvatoriyasından, Kür, Araz çaylarından, Mingəçevir, Şəmkir suanbarlarından, Baş Mil-Muğan və Yuxarı Mil-Qarabağkollektorlarından ümumilikdə 7912 metr uzunluğunda 143 ədədsintetik tor və istifadəsi qadağan olunmuş digər ov alətləri aşkaredilərək götürülüb.
Xatırladaq ki, balıqların kürütökmə dövrü ilə əlaqədar ölkəərazisindəki bütün su hövzələrində balıq ovuna tətbiq edilmişmoratorium sentyabrın 1-dək davam edəcək.