Azərbaycanın qadınlardan ibarət cüdo komandası mayın 9-11-də Qazaxıstanın paytaxtı Astanada keçiriləcək "Böyük Dəbilqə” turnirində iştirak edəcək.
İdman.biz xəbər verir ki, yarışa üç idmançımız - Könül Əliyeva (48 kq), Gültac Məmmədəliyeva (52 kq) və Fidan Əlizadə (57 kq) yollanacaq.
"Böyük Dəbilqə" yarışında 47 ölkənin cüdoçuları mübarizə aparacaqlar.
İdman.biz