Türkiyənin 7 şəhərində İŞİD-ə qarşı uğurlu əməliyyat keçirilib.
Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, bu barədə Ankara polisi məlumat yayıb.
Bildirilib ki, Ankara başda olmaqla keçirilən əməliyyatlarda ümumilikdə 27 şübhəli saxlanılıb: "Onların barəsində həbs qətimkan tədbiri seçilib. Onlardan 5-i Türkiyə vətəndaş, 22-si isə əcnəbidir".
Firudin Səfərli
MİA.AZ