EN

Tək oğul övladı olanların DİQQƏTİNƏ: ƏSGƏR GETMƏLİDİR?

Ölkəmizdə hərbi xidmətlə bağlı qanunvericilikdə vaxtaşırı dəyişikliklər olunur. Belə dəyişikliklərdən biri də ailənin tək oğlunun həqiqi hərbi xidmətə çağırılması məsələsidir. Lakin bu məsələyə ictimai münasibətlər də birmənalı deyil. Ailənin tək oğul övladının xüsusilə də hərbi xidmət zamanı həlak olması və ya şəhid olması ailə üçün ikiqat ağır olur. Amma nəzərə almaq lazımdır ki, hər kəsin vətən qarşısında borcu eynidir.

  Bəs evin tək oğlu hansı hallarda əsgərliyə aparılmır?  

Ümumiyyətlə evin tək oğlu hansı hallarda həqiqi hərbi xidmətə çağrılmaya bilər? Bu barədə qanunvericilikdə hansı istisnalar var?

Mövzu ilə bağlı hərbi ekspert İbrahim Rüstəmli Referans-a açıqlamasında bildirib ki, hal-hazırda qanunvericilikdə evin tək övladları ilə bağlı heç bir güzəşt nəzərdə tutulmur. Yəni ailənin tək övladı hərbi xidmətə çoxuşaqlı ailələrdə olduğu kimi eyni qaydada necə çağırılırsa elə çağrılır. Onlar üçün ayrıca güzəşt, imtiyaz nəzərdə tutulmayıb.

Ekspert onu da bildirib ki, bu çox ciddi ailə institutlarından gələn problemlərin sırasındadır. Tutaq ki mən təhsil işçisiyəm dərs dediyim uşaqların demək olar ki 80 %i ailənin tək övladıdır. Yəni ola bilsin bir iki bacısı var amma özü tək oğlandır. Elə ailələr var ki,  ümumiyyətlə tək övladdır. Yəni ailədə tək oğlanların sayı digərləri ilə nisbətdə mütləq əksəriyyəti təşkil edir.

Mütəxəssisin qənaətinə görə, Azərbaycanda demək olar ki,  70% oğlan evin tək övladıdır. Belə güzəşt olarsa hərbi xidmətə çağırılma sayı 70% ixtisara düşər. Ümumiyyətlə real olmaq lazımdır. Həm də bu məsələ haqqında danışarkan ehtiyatlı davranmaq lazımdır. Əgər biz hazırkı dövrdə evin tək övladları üçün hərbi xidmətlə bağlı güzəştə getsək artıq bu real görünmür. Gəlin vəziyyətdən praktik olaraq çıxış edək. Ailə institutları bu mövzu ilə bağlı müəyyən addımlar atmalıdırlar. Misal üçün ailələrə güzəştlərin edilməsi, çoxuşaqlı ailələrə bu və digər bir şəkildə imtiyazların verilməsi, uşaq pullarının ödənilməsi və s. bütün bunlar zərurətə çevirməkdədir.

Ekspert onu da xatırladıb ki, bizim 44 günlük savaşda iştirak edən əsgərlərimizin də mütləq əksəriyyəti evin tək övladları idi. Əlbəttə bu bir ailə üçün böyük bir itkidir. Evin tək oğlunun itkisi nəslin kəsilməyi deməkdir. Buna görə də ailəinstitutları bu məsləyə ciddi yanaşmalıdırlar.

“Bu gün biz desək ki, evin tək oğlu hərbi xidmətdən qalsın, o zaman ordu komplektasiyasında, səfərbərlik məsələlərində problemlər yaranacaq. Real vəziyyətdən çıxış edəndə bu mümkün deyil. Ailələrin daha çox övlada sahib olması stimullaşdırılmalıdır”, – deyə ekspert qeyd edib.

Chosen
0
4
moderator.az

5Sources