ŞƏMKİR, 6 may. TELEQRAF
Şəmkir rayonunun meşəlik ərazisində intihar hadisəsi baş verib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, rayonun Çinarlı qəsəbə sakini, 2006-cı il təvəllüdlü Nəriman Məmmədov Şəmkir bələdiyyəsinin mülkiyyətində olan meşəlik ərazidə ağacdan özünü asaraq intihar edib.
İntihar edən şəxs Azərbaycan Dövlət Aqrar Universitetinin 2-ci kurs tələbəsi olub.
Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub.
19 yaşlı tələbənin hansı səbəbdən özünü asdığı araşdırılır.