EN

Dostunun öldüyü qəzada günahlandırlan sürücü məhkəmə zalından həbs edildi

Pravda.az saytından alınan məlumata görə, ain.az bildirir.

Gəncə Apellyasiya Məhkəməsində yol qəzası törətməkdə təqsirləndirilən Sənan Quliyevin barəsindəki hökmdən verilən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası yekunlaşıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Müşfiq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

İttihama görə, hadisə 29 aprel 2024-cü il tarixdə, saat 23 radələrində Şəmkir rayonu, Kür qəsəbəsi, Sabir Hacıyev küçəsində qeydə alınıb.

Belə ki, sərxoş vəziyyətdə olan S.Quliyev tanışına məxsus “BMW 528” minik markalı avtomobillə hərəkətdə olarkən nəqliyyat vasitəsi idarəetmədən çıxaraq yol kənarındakı maneə çırpılıb. Hadisə nəticəsində nəqliyyat vasitəsində sərnişin qismində olan dostu Alan Kirov aldığı xəsarətdən dünyasını dəyişib.

Hadisədən sonra S.Quliyev saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 6 il müddətə azadlıqdan məhrum olunub və məhkəmə iclası zalında həbs edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

Kamal Məmmədov

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
0
2
icma.az

3Sources