EN

Qarabağda qan bankı yaradılacaq

Qarabağda Respublika Qan Bankının regional bölməsi yaradılır.

BAKU.WS İTV-yə istinadən xəbər verir ki, bölmənin yaradılması istiqamətində işlərə start verilib.

Bu təşəbbüs bölgədə qan ehtiyacının yerli səviyyədə qarşılanmasını təmin edəcək və həmin ərazidə məskunlaşan şəxslərin iştirakı ilə fəaliyyət göstərəcək.

Bu addım tibb infrastrukturunun inkişafı ilə yanaşı, bölgədə sosial-iqtisadi canlanmaya da töhfə verəcək.

Eyni zamanda, Şərqi Zəngəzur iqtisadi zonasında da oxşar tibbi mərkəzlərin qurulması nəzərdə tutulur. Hər iki bölgədə qan komponentlərinin yerli təminatı əhalinin həyati təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyır.

Qeyd edək ki, Azərbaycanda son illərdə donor sayında ciddi artım müşahidə olunur.

Respublika Qan Bankının icraçı direktoru Elxan Nağıyev bildirib ki, 2024-cü ildə 124 148 nəfər könüllü olaraq qan verib.

Ətraflı süjetdə:

Chosen
0
3
far.az

4Sources