Bakı. Trend:
Azərbaycanın Kubadakı Səfirliyinin təşkilatçılığı ilə KubaXalqlar Dostluğu İnstitutunda Ümummilli Lider Heydər Əliyevinanadan olmasının 102 illiyinə həsr olunmuş elmi-akademik tədbirkeçirilib.
Səfirlikdən Trend-ə verilən məlumata görə, tədbirdə Kuba XalqlarDostluğu İnstitutunun rəhbərliyi, Kuba Xarici İşlər Nazirliyi vəMərkəzi Komitənin nümayəndələri, elmi-akademik dairələrin üzvləri,eləcə də vaxtilə Azərbaycanda təhsil almış Kubalılar iştirakedib.
Kuba Xalqlar Dostluğu İnstitutunun birinci vitse-prezidentixanım Noemi Rabaza çıxış edərək Azərbaycan və Kuba arasındadiplomatik münasibətlərin tarixi, ölkələrimiz arasındakı dostluqəlaqələri, tərəflərin bu münasibətlərin daha da möhkəmləndirilməsiistiqamətində gördüyü işlər və həyata keçirdiyi uğurlu əməkdaşlıqbarədə danışıb. O, BMT Baş Assambleyasında hər il ənənəvi olaraqkeçirilən səsvermələrdə Kubaya qarşı tətbiq edilən iqtisadiembarqonun aradan qaldırılması ilə bağlı Azərbaycanın daima Kubayadəstək olmasını qeyd edərək, bu mövqeyin Kuba hökuməti və xalqıtərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb. Çıxışı zamanıN.Rabaza, Ümummilli Lider Heydər Əliyevin xatirəsinin Kubada böyükhörmətlə anıldığını, Heydər Əliyevin Kuba ilə bağlı daim xoştəəssüratlarda olduğunu və Kubanın Ali Baş Komandanı Fidel Kastroilə yaxşı münasibətlərinin olduğunu diqqətə çatdırıb.
Sonra Azərbaycanın Kubadakı səfiri Ruslan Rzayev çıxış edib.Diplomat tədbir iştirakçılarını həm Sovet İttifaqı, həm dəmüstəqillik dövründə Ulu Öndər Heydər Əliyevin Azərbaycanarəhbərliyi müddətində göstərdiyi əvəzsiz xidmətləri barədə ətraflıməlumatlandırıb. Səfir Heydər Əliyevin müstəqil Azərbaycanaöndərliyi dövründən danışaraq məhz Ulu Öndərin səyləri nəticəsindəAzərbaycanın beynəlxalq arenada öz sözünü deyən qüdrətli dövlətəçevrildiyini və bu gün də onun siyasi kursunun AzərbaycanPrezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyinivurğulayıb.
Daha sonra çıxış edən Havana Universitetinin professoru OskarXulian Viyar Barroso Heydər Əliyevin siyasi irsi, onun Sovetİttifaqı zamanında, daha sonra isə müstəqil Azərbaycan uğrundagördüyü böyük işlər barədə danışıb. Natiq Ulu Öndərinmüstəqilliyinin ilk illərində zamanın ağır sınaqlarından keçən,Qarabağ müharibəsi ilə üzləşmiş və sosial-iqtisadi çətinlikləryaşayan Azərbaycanın güclənməsi və inkişafı uğrunda gördüyü mühümiqtisadi layihələr haqqında tədbir iştirakçılarına ətraflı məlumatverib. Məhz Ümummilli Liderin müdrik neft strategiyası nəticəsindəAzərbaycanın enerji resurslarının beynəlxalq bazarlarda ticarətinintəmin olunduğunu qeyd edən natiq, Azərbaycanın indi də bu sahədəaparıcı rola malik olduğunu söyləyib. Heydər Əliyevlə Kubanın AliBaş Komandanı Fidel Kastro arasında sıx dost münasibətlərin mövcudolduğunu diqqətə çatdırıb.
Sonda tədbir iştirakçılarına Heydər Əliyevin həyat vəyaradıcılığından bəhs edən Azərbaycanın Kubadakı Səfirliyinindəstəyi ilə ispan dilinə tərcümə olunmuş video nümayiş olunub.