EN

ÇL də ilk finalçının adına İtaliyada aydınlıq gələcək

Gununsesi saytına istinadən ain.az xəbər verir.

Bu gün UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab qarşılaşmalarına start veriləcək.

Gununsesi.info xəbər verir ki, ilk finalçının adına İtaliyada aydınlıq gələcək.

“İnter” doğma meydanda “Barselona”nı qəbul edəcək.

Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bu komandalar arasında ilk oyun 3:3 hesablı heç-heçə ilə yekunlaşmışdı.

UEFA Çempionlar Liqası

Yarımfinal, cavab oyunu

6 may

23:00. “İnter” (İtaliya) – “Barselona” (İspaniya) (ilk oyun – 3:3)

Qeyd edək ki, UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin digər qarşılaşması sabah Fransada baş tutacaq. PSJ ilk oyunda 1:0 hesabı ilə məğlub etdiyi “Arsenal”ı qəbul edəcək.

Turnirin final matçı mayın 31-də Almaniyanın Münhen şəhərində keçiriləcək.

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
0
14
icma.az

10Sources