EN

İnvestisiya şirkətlərinin dövriyyələrinin həcminə görə renkinqi - SİYAHI

Bakı Fond Birjası bu ilin yanvar-aprel ayı üzrə Azərbaycanda fəaliyyət göstərən invesitisiya şirkətlərinin əməliyyatlarının cəmi dövriyyələrinin həcmini açıqlayıb.

Valyuta.az xəbər verir ki, ən yüksək dövriyyə 18,7 milyard manat ilə“PAŞA Kapital İnvestisiya Şirkəti”nə məxsusudur.

Ən az dövriyyə isə 22,6 milyon manat ilə “MFX Trading İnvestisiya Şirkəti” ASC-ə aiddir.

Siyahının ikinci pilləsində 15,4 milyard manat dövriyyə ilə “ABB İnvest İnvestisiya Şirkəti”, üçüncü yerdə isə 2,4 milyard manat dövriyyə ilə “Assist Finance İnvestisiya Şirkəti” qərarlaşıb.

İnvestisiya şirkətlərinin əməliyyatlarının dövriyyələrinin həcminə görə renkinqi ilə aşağıdakı cədvəldən tanış ola bilərsiniz:

Maya Hüseynova

Chosen
0
valyuta.az

1Sources