EN

Macarıstan Aİ nin Rusiya enerjisindən imtina etmək planını bloklayıb

ain.az bildirir, Oxumeni.az portalına istinadən.

Macarıstan Aİ-nin Rusiya enerjisindən imtina etmək planını bloklayıb

Macarıstanın Avropa komissarı Oliver Varhelyi Aİ-nin Rusiya neft və qazından imtina etmək üçün yeni planının təsdiqlənməsinə mane olub.

Bu barədə Politico xəbər verir.

Üç mənbənin nəşrə verdiyi məlumata görə, Macarıstanın baş naziri Viktor Orban tərəfindən seçilən Varhelyi, mayın 6-da ictimaiyyətə açıqlanması gözlənilən Rusiyadan enerji təchizatının kəsilməsi təklifinə prosedur etirazını bildirib.

Mənbələrdən biri əlavə edib ki, Macarıstanın enerji siyasətinin rusiyayönümlü olması nəzərə alınmaqla, Macarıstan Avropa komissarının bu addımı dərhal “siyasi” kimi qəbul edilib.

Macarıstanın Xarici İşlər Nazirliyi və onun Brüsseldəki səfirliyi Varhelinin bu addımı Budapeştlə əlaqələndirib-koordinasiya etməməsi ilə bağlı təsdiq sorğusuna cavab verməyib.

Əziz Mustafa , Oxuməni.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
0
1
icma.az

2Sources