EN

İsrail Hodeyda limanında husi hədəflərinə hücum edib

Ayna saytından alınan məlumata görə, ain.az bildirir.

Əl-Hudeydə əyalətindəki Baqhel sement zavoduna da zərbələr endirilib

İsrail qırıcıları Hudeyda dəniz limanı və ətrafındakı husilərə, eləcə də Əl-Hudeydə əyalətindəki Baqhel sement zavoduna zərbələr endirib. AYNA.AZ xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) Mətbuat Xidməti məlumat yayıb.

"İsrail ordusu Yəmənin Hudeydə dəniz limanında və ətrafındakı husi terrorçularının hədəflərinə, İsrail ərazisindən təxminən 2000 km məsafədə, həmçinin sahil zolağında husilərin infrastrukturuna hücum edib. Bundan əlavə, Hudeyda şəhərinin şərqində yerləşən Baqhel beton zavodu husilər üçün mühüm iqtisadi resursdur və tunellərin tikintisi və terrorçuların yenidən toparlanması üçün istifadə olunur”, - deyə qeyd olunub.

Qeyd edək ki, Hudeyda limanı İsrailin endirdiyi zərbələrə görə fəaliyyətini dayandırıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
0
icma.az

1Sources