İran ABŞ-dan müraciət edənlər üçün turist və giriş vizalarının etibarlılıq müddətini azaldıb.
“İki sahil” xəbər verir ki, bu barədə Vaşinqtondakı İranın Maraqların Müdafiəsi İdarəsi məlumat yayıb.
"İran İslam Respublikasına viza üçün müraciət edənlərin nəzərinə çatdırırıq ki, 2025-ci il mayın 1-dən turist və giriş vizalarının etibarlılıq müddəti 90 gündən 45 günə endiriləcək", - deyə bildirilib.
Həmçinin qeyd edilib ki, bu tarixdən etibarən viza sahibləri yalnız vizanın verildiyi tarixdən etibarən 45 gün müddətinə İrana daxil ola biləcəklər.