EN

Ögey qızına təcavüz edən kişiyə 17 HƏBS CƏZASI

Gəncə Ağır Cinayətlər Məhkəməsində seksual xarakterli zorakılıq hərəkətlərida təqsirləndirilən Qəşəm Məmmədovun (ad, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Abdulla Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ona cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 17 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

 

İttihama görə, Qəşəm Məmmədov 2021-ci il iyun ayından başlayaraq 17 may 2024-cü il tarixədək olan müddətdə dəqiq məlum olmayan tarixlərdə qeyri rəsmi ər-arvad münasibətində olduğu qadının yaşadığı Bərdə rayonunda fərdi yaşayış evinin qonaq və yataq otağında 2009-cu il təvəllüdlü olmaqla 14 yaşına çatmayan, sonrakı dövrdə isə 16 yaşına çatmayan qızı, zərərçəkmiş M.M.-i (ad, soyadı şərtidir) başqa şəxslərə xəbər verəcəyi təqdirdə özü və anasını öldürəcəyini bildirib. O, qıza hədə-qorxu gələrək zor tətbiq etmə hədəsi ilə onunla qeyri-təbii yolla cinsi əlaqədə olub.

 

Hadisədən sonra Qəşəm Məmmədov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

 

O, məhkəmədə azyaşlının öz istəyi ilə qeyri-təbii yolla cinsi əlaqədə olduğunu etiraf edib. Lakin zərərçəkmişə zor tətbiq etmədiyini söyləyib.

 

Kamal Məmmədov

 

 

 

 

Tarix: 6 May 2025, 08:12   
Chosen
0
4
pravda.az

5Sources