EN

Premyer Liqada həlledici tur

Azərbaycan Premyer Liqasında mövsümün bitməsinə üç tur qalıb.

Futbolpress.az-ın məlumatına görə, növbəti – 34-cü turda bürünc medalların sahibi və elitanı tərk edəcək komanda məlum ola bilər.

Hazırda üçüncü pillədə yer alan “Araz-Naxçıvan” ən yaxın izləyicisi “Turan Tovuz”u 5 xal üstələyir. Naxçıvan təmsilçisi növbəti oyunda qələbə qazanacağı və tovuzluların “Neftçi” ilə matçda xal itirəcəyi halda, üçüncü pilləni təmin edəcək.

Autsayder “Səbail” isə “Zirə”ni qəbul edəcək. Mayın 10-da baş tutacaq görüşdə “dənizçilər”in məğlub olacağı halda, sona iki tur qalmış liqanı tərk edəcəyi dəqiqləşəcək. “Səbail” qələbə qazansa belə, “Kəpəz”in xal itirməsini gözləməlidir. Gəncə təmsilçisi növbəti oyununu “Sumqayıt”a qarşı keçirəcək və qələbə onların elitadakı yerini təmin edəcək.

34-cü turun oyunları həlledici oyunlar:

10 may

Səbail – Zirə
Turan Tovuz – Neftçi

11 may

Kəpəz – Sumqayıt
Qarabağ – Araz-Naxçıvan

Chosen
0
1
futbolpress.az

2Sources