EN

Oğuzda bir neçə gün əvvəl yol qəzasında xəsarət alan sürücü ölüb

Oğuzda bir neçə gün əvvəl yol qəzasında xəsarət alan sürücü dünyasını dəyişib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, 1996-cı il təvəllüdlü Kənan Rəhman oğlu Əzizov həkimlərin səyinə baxmayaraq, müalicə aldığı Oğuz Rayon Mərkəzi Xəstəxanasında vəfat edib.

Xatırladaq ki, hadisə mayın 3-də Oğuz-Bayan avtomobil yolunun Bayan kəndindən keçən hissəsində baş verib. Belə ki, “Toyota Prius” markalı avtomobilin idarəetmədən çıxaraq maneəyə çırpılması nəticəsində nəqliyyat vasitəsindəki sərnişin – 2000-ci il təvəllüdlü Oğuz rayon sakini Urfan Namiq oğlu Məcidov hadisə yerində ölüb. Sürücü, 1996-cı il təvəllüdlü Kənan Rəhman oğlu Əzizov isə ağır xəsarət alıb.

Yaralı Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hadisə ilə bağlı araşdırma aparılılır.

Chosen
0
1
report.az

10Sources