EN

58 illik rekordu təkrarladı

“Denver Naggets” klubunun mərkəz oyunçusu Nikola Yokiş NBA pley-off mərhələsində tarixi nailiyyəti təkrarlayıb.

Publika.az xəbər verir ki, o, 1967-ci ildən bəri bir pley-off seriyasında ən azı 150 xal, 70 ribaund və 60 assist toplayan ilk basketbolçu olub. Bu statistik göstəricilərə daha əvvəl yalnız əfsanəvi Vaylt Çemberlen nail olmuşdu.

Pley-offun birinci raundunun yeddinci oyununda “Denver Naggets” komandası “Los Anceles Klippers” üzərində 120:101 hesablı qələbə qazanıb.

Chosen
0
8
publika.az

9Sources