EN

Hindistan Pakistanın suyunu kəsdi: bu addım “müharibə elan etməyə bərabərdir”

BAKI, 6 may. TELEQRAF

Hindistan və Pakistan arasında gərginlik artmaqda davam edir.

Teleqraf “CNN Türk”ə istinadən xəbər verir ki, Hindistan Undus Suları Müqaviləsini dayandıraraq, Pakistanın əksər kənd təsərrüfatı ərazilərini su ilə təmin edən bənd qapılarını bağlayıb.

Pakistanın Rusiyadakı səfiri Muhammed Xalid Camali bildirib ki, Hindistanın bu addımı “müharibə elan etməyə bərabərdir”.

Yada salaq ki, iki ölkə arasında münasibətlərin kəskinləşməsi aprelin 22-də Kəşmirdə baş verən terror aktından sonra başlayıb.

Chosen
0
teleqraf.com

1Sources