EN

İspaniyada nadir xəstəlikdən əziyyət çəkən uşaq ancaq gün batdıqdan sonra küçəyə çıxa bilir

ain.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

İspaniyada həkimlər 12 yaşlı oğlana nadir xəstəlik diaqnozu qoyublar və bu səbəbdən ona ancaq gün batdıqdan sonra küçəyə çıxmağa icazə veriblər.

Oxu.Az-ın xəbərinə görə, bu barədə "El Periodico" nəşri yazıb.

Həkimlər uşaqda piqment kseroderması aşkar ediblər ki, bu səbəbdən onun dərisi ultrabənövşəyi işığa həddən artıq həssasdır və bu da xərçəngin inkişafı riskini artırır. Hazırda bu xəstəliyin müalicəsi yoxdur, ona görə də uşaq ancaq gün batdıqdan sonra rahat şəkildə evdən çıxa bilir.

Həkimlərin gün ərzində çöldə olmaq qadağası yalnız məktəbə getmək məsələsində istisna təşkil edir, ancaq uşaq günəşdən tam şəkildə qorunmalıdır. Belə ki, o, günəş kremindən istifadə edir, uzunqol geyim, əlcək, şalvar, eynək və qoruyucu ekranı olan şlyapa geyinir, həmçinin üzərində həmişə ultrabənövşəyi şüalanmanı ölçən cihaz gəzdirir. Uşağın anasının sözlərinə görə, bu səbəbdən uşağın sosial həyatı ciddi şəkildə məhdudlaşıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
0
icma.az

1Sources